“UĞUR YOLU” MÜSABİQƏSİNİN QALİBLƏRİ
Mikayıl Budaqov
2023 Mikayıl Budaqov
1999-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası “Sabah qrupları” üzrə bakalavr və Risklərin idarə edilməsi üzrə MBA təhsili alıb. Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Bəyannamələr idarəsinin rəis müavini vəzifəsində çalışır, Azərbaycan Dövlət İqtisad Universitetində Sabah mərkəzinin saat hesabı müəllimi kimi fəaliyyət göstərir.
Varis Bəhmənli
2023 Varis Bəhmənli
1994-cü ildə anadan olub. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində Qiymətli kağızlar üzrə magistr təhsili alıb. Hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ, Təhlil, innovasiyalar və layihələrin idarə edilməsi departamentinin direktor müavini vəzifəsində çalışır. 1-ci “Yüksəliş” müsabiqəsinin Finalçısı olub.
Tofiq Güləliyev
2023 Tofiq Güləliyev
1992-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə magistr təhsili alıb. Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Risklərinin idarə edilməsi baş idarəsi, fəaliyyət sahələrinə nəzarət üzrə 4-cü şöbə, baş dövlət vergi müfəttişi vəzifəsində çalışır, Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərir. 2-ci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin iştirakçısı olub.
Ramin Mədətov
2023 Ramin Mədətov
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr və Makroiqtisadi statistika üzrə magistr təhsili alıb. Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin Sahə təhkimçiliyi idarəsinin 6-cı şöbəsi dövlət vergi müfəttişi vəzifəsində çalışır. 1-ci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin iştirakçısı olub.
Sənan Qəhrəmanov
2023 Sənan Qəhrəmanov
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və Biznesin təşkili və idarəedilməsi üzrə MBA təhsili alıb. Hazırda İqtisadiyyat Nazirliyinin Aparatında Makroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsinin Makroiqtisadi təhlil sektorunun müdiri vəzifəsində çalışır. 2-ci və 3-cü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin iştirakçısı olub.
Müşviq Hüseyinli
2023 Müşviq Hüseyinli
1990-cı ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, Qafqaz Universitetində İdaəetmədə informasiya sistemləri üzrə MBA təhsili alıb. Hazırda İqtisadiyyat Nazirliyinin Aparatında Rengionların inkişafı və dövlət proqramları şöbəsinin Dövlət proqramlarının icrasının əlaqələndirilməsi və təhlili sektorunun müdiri vəzifəsində çalışır. 1-ci, 2-ci və 3-cü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin iştirakçısı olub.
Əkbər Əsgərov
2023 Əkbər Əsgərov
2000-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə və London Universitetində Mühasibat uçotu və maliyyə üzrə bakalavr təhsili alıb. Hazırda "İqtisadi Zonaların İnkişafı Agentliyi" PHŞ-nın Hüquq və katiblik şöbəsinin mütəxəssisi vəzifəsində çalışır.
Aqşin İbişsoy
2023 Aqşin İbişsoy
1988-ci ildə anadan olub. Ege Universitetində Komputer mühəndisliyi ixtisası üzrə bakalavr, İstanbul Universitetində Maliyyə üzrə magistr, ADA Universitetində Maliyyə üzrə MBA təhsili alıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində İnvestisiya və İqtisadi Təhlil şöbəsinin müdiri vəzifəsində çalışır. CFA charterholder sertifikatına sahibdir.
Vəfa Şahbazova
2023 Vəfa Şahbazova
1993-cü ildə anadan olub. Azərbaycan Dillər Universitetində Xarici dil müəllimliyi ixtisası bakalavr, Bakı Mühəndislik Universitetində Biznesin idarə edilməsi üzrə magistr təhsili alıb. Hazırda İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri PHŞ-nin Aparatının Təhlil, İnnovasiyalar və layihələrin idarəedilməsi departamentinin İnnovasiyalar və layihələrin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində çalışır.
Rüstəm Əliyev
2023 Rüstəm Əliyev
1986-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr və Maliyyə menecmenti üzrə magistr təhsili alıb. Hazırda "Azərbaycan Biznesinin İnkişafı Fondu" Sahibkarlığın inkişafı departamenti, Partnyorlarla iş şöbəsinin müdiri vəzifəsində çalışır. “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin iştirakçısı olub.
TELMAN MƏMMƏDOV
2022 TELMAN MƏMMƏDOV
1986-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Hazırda İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsinin Təhlil və proqnozlaşdırma idarəsinin İqtisadi təhlil şöbəsinin rəisi vəzifəsində çalışır.
ORXAN ƏLİCAN-ZADƏ
2022 ORXAN ƏLİCAN-ZADƏ
1991-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb. Massaçusets Texnologiya İnstitutunda mikromaster dərəcəsi üzrə təhsil alır və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin İqtisadi təhlil və uçota nəzarət idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Hazırda İqtisadiyyat Nazirliyinin Aparatı, Hüquq şöbəsi, Hüquqi aktların hazırlanması və ekspertizası sektoru, məsləhətçi vəzifəsində çalışır.
CƏMİLƏ MUSTAFAZADƏ
2022 CƏMİLƏ MUSTAFAZADƏ
1995-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, İnsan hüquqları ixtisası üzrə magistr təhsili alıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsinin Qeydiyyat şöbəsinin böyük hüquqşünası vəzifəsində çalışır.
KAMAL BAYRAMOV
2022 KAMAL BAYRAMOV
1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Turizm və sosial mədəni servis ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarə Edilməsi ixtisası (MBA-Maliyyə) üzrə magistr təhsili alıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi auditi baş idarəsinin Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili idarəsinin Vergi nəzarəti tədbirlərinin təhlili şöbəsinin rəisi vəzifəsində çalışır.
ADİL RƏFİLİ
2022 ADİL RƏFİLİ
1992-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, Birmingham Universitetində Maliyyə idarəetməsi üzrə magistr təhsili alıb. Hazırda İqtisadiyyat Nazirliyinin Aparatında Dövlət investisiya layihələrinin monitorinqi şöbəsi, Normativ-metodiki təminat və icmal sektoru, məsləhətçi vəzifəsində çalışır, Azərbaycan Dövlət İqtisad Universitetində Korporativ maliyyə fənnini tədris edir.
HACƏSGƏR ƏSGƏRLİ
2022 HACƏSGƏR ƏSGƏRLİ
1997-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə bakalavr və Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. Hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələr idarəsinin Bəyannamələrin araşdırılması üzrə 1-ci şöbənin baş dövlət vergi müfəttişi vəzifəsində çalışır.
CEYHUN MƏHƏRRƏMLİ
2022 CEYHUN MƏHƏRRƏMLİ
1995-ci ildə anadan olub. ADA Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr təhsili alıb. Müsabiqədə iştirak etdiyi vaxt İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsində Maliyyə və təminat departamentinin direktor müavini vəzifəsində çalışıb. Hazırda Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.
GÜLNAR AĞAZADƏ
2022 GÜLNAR AĞAZADƏ
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi iqtisadiyyat, XİQ-maliyyə ixtisası üzrə bakalavr və Biznesin idarəedilməsi ixtisası üzrə magistr təhsili alıb. Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Sahibkarlıq subyektləri ilə iş və beynəlxalq təcrübələrin öyrənilməsi idarəsinin Xarici ölkələrin vergi inzibatçılığının araşdırılması şöbəsinin rəisi vəzifəsində çalışır.
CƏFƏR YAQUBOV
2022 CƏFƏR YAQUBOV
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat və inzibati idarəetmə (Gömrük işinin təşkili) ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin Vergi ödəyicilərinə xidmətin təşkili şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışır.
FAİQ RƏCƏBƏLİYEV
2022 FAİQ RƏCƏBƏLİYEV
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə bakalavr və Biznesin idarəedilməsi ixtisası üzrə magistr təhsili alıb. Hazırda İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin Keyfiyyətə təminat şöbəsində Baş dövlət vergi müfəttişi vəzifəsində çalışır.
MİRZƏ ƏLƏKBƏR BABAYEV
2022 MİRZƏ ƏLƏKBƏR BABAYEV
1994-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və Bristol Universitetində Strateji menecment ixtisası üzrə magistr təhsili alıb. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin Aparatında baş məsləhətçi vəzifəsində çalışmışdır.
ELÇİN NƏBİYEV
2022 ELÇİN NƏBİYEV
1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İstehsal sahələrinin auditi üzrə 2-ci şöbənin böyük dövlət vergi müfəttişi vəzifəsində çalışır.
İSMAYIL HÜSEYNOV
2022 İSMAYIL HÜSEYNOV
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr və Qafqaz Universitetində Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb. Hazırda Azərbaycan Biznesin İnkişafı Fondu publik hüquqi şəxsində, Sahibkarlığın İnkişafı Fondu departamentində, Partnyorlarla iş şöbəsi, şöbə müdiri vəzifəsində çalışır.
TÜRKAN VÜSƏT QIZI
2022 TÜRKAN VÜSƏT QIZI
1992-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər və iqtisadiyyat ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər, ADA Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə magistr təhsili, Corc Vaşinqton Univerisitetində Layihələrin idarə olunması sertifikasiya proqramı üzrə təhsil alıb. Hazırda İqtisadiyyat Nazirliyinin Aparatında Layihələrin idarə olunması şöbəsi, sektor müdiri vəzifəsində çalışır.
ƏMRAH QARAYEV
2022 ƏMRAH QARAYEV
1994-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat və audit, Beynəlxalq Cenevrə Universitetində mühasibat və maliyyə ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat və audit ixtisası üzrə magistr təhsili alır və İqtisadiyyat Nazirliyi Aparat, Layihələrin idarə olunması şöbəsi, aparıcı məsləhətçivəzifəsində çalışır.
GÜLNAR ATAKİŞİYEVA
2022 GÜLNAR ATAKİŞİYEVA
1995-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, Exeter Universitetində Hüquq üzrə magistr təhsil alıb. İqtisadiyyat Nazirliyinin Aparatında Hüquq şöbəsinin Müqavilələr və beynəlxalq sənədlərlə iş sektorunda məsləhətçi vəzifəsində çalışmışdır.
ŞƏHLA ƏSƏDOVA
2021 ŞƏHLA ƏSƏDOVA
1995-Cİ İLDƏ ANADAN OLUB. BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR İXTİSASI ÜZRƏ BAKALAVR, BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ DİPLOMATİYA İXTİSASI ÜZRƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA İQTİSADİYYAT NAZİRLİYİNİN SƏNAYE ŞÖBƏSİ, BAŞ MƏSLƏHƏTÇİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.
ELVİN ƏLİZADƏ
2021 ELVİN ƏLİZADƏ
1993-CÜ İLDƏ ANADAN OLUB. DENİZ HARP OKULUNUN İNFORMATİKA VƏ HESABLAMA TEXNİKASI FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ ALIB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ BİZNESİN İDARƏ OLUNMASI İXTİSASI ÜZRƏ MAGİSTR TƏHSİLİNİ DAVAM ETDİRİR. HAZIRDA NAZIRLİYİN APARATININ SƏNAYE ŞÖBƏSİNİN SAHƏVİ İNKİŞAF SEKTORUNUN MƏSLƏHƏTÇIİSİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.
AQŞİN EMİNOV
2021 AQŞİN EMİNOV
1992-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİNDƏ SƏNAYENİN TƏŞKİLİ VƏ İDARƏ OLUNMASI İXTİSASI ÜZRƏ BAKALAVR DƏRƏCƏSİ ALMIŞDIR. HAZIRDA ANTİİNHİSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT XİDMƏTİNİN BAKI ŞƏHƏR ŞÖBƏSİNİN BAZAR NƏZARƏTİ VƏ MONİTORİNQİ SEKTORUNUN APARICI MƏSLƏHƏTÇİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.
GÜLNAR HÜSEYN
2021 GÜLNAR HÜSEYN
1989-CU İLDƏ ANADAN OLUB. BAKI DÖVLƏT UNİVERSİTETİNİN BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ BEYNƏLXALQ HÜQUQ FAKÜLTƏSİNDƏ BAKALAVR VƏ MAGİSTR TƏHSİLİNİ ALIB. UNEC BİZNES MƏKTƏBİNDƏ MBA TƏHSİLİ ALIR VƏ SAHİBKARLIĞIN İNKİŞAFI FONDUNDA STRATEJİ TƏHLİL VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR ŞÖBƏSİNİN APARICI MÜTƏXƏSSİSİ VƏZİFƏSİNDƏ ÇALIŞMIŞDIR. HAZIRDA ANTİİNHISAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT XİDMƏTİNDƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MAARİFLƏNDİRMƏ SEKTORUNUN MÜDİRİ VƏZİFƏSİNDƏ ÇALIŞIR
HƏBİB HEYDƏRLİ
2021 HƏBİB HEYDƏRLİ
1991-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ VƏ EYNİ UNİVERSİTENİN MBA FAKULTƏSİNİN MALİYYƏ İXTİSASI ÜZRƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA DÖVLƏT VERGİ XİDMƏTİNİN BEYNƏLXALQ VERGİTUTMA VƏ VERGİ MONİTORİNQİ BAŞ IDARƏSİNİN BEYNƏLXALQ VERGİ ƏMƏLETMƏSİ ŞÖBƏSININ ŞÖBƏ RƏİSİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.
HÜRİYYƏ MƏMMƏDOVA
2021 HÜRİYYƏ MƏMMƏDOVA
1995-Cİ İLDƏ ANADAN OLUB. BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ SOSİAL İŞ İXTİSASI ÜZRƏ BAKALAVR, AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ BİZNESİN İDARƏ EDİLMƏSİ (MBA) ÜZRƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA NAZİRLİYİN APARATININ İNSAN RESURSLARI ŞÖBƏSİNİN İNSAN RESURSLARININ INKIŞAFİ VƏ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSI SEKTORUNDA BÖYÜK MƏSLƏHƏTÇİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.
HÜSEYN QƏHRƏMANLI
2021 HÜSEYN QƏHRƏMANLI
1992-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN İQTİSADİYYAT İXTİSASI ÜZRƏ BAKALAVR TƏHSİLİ ALIB. HAZIRDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ, DÖVLƏT ƏMLAKININ ÖZƏLLƏŞDİRİLMƏSİNİN TƏŞKİLİ ŞÖBƏSİNDƏ BÖYÜK MƏSLƏHƏTÇİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.
İLAHƏ İBRAHİMLİ
2021 İLAHƏ İBRAHİMLİ
1989-CU İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ İQTİSADİYYATIN HÜQUQİ TƏNZİMLƏNMƏSİ İXTİSASI ÜZRƏ BAKALAVR VƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA İQTİSADİYYAT NAZİRLİYİNİN NAZIRLIYIN APARATI, DAYANIQLI İNKİŞAF VƏ SOSİAL SİYASƏT ŞÖBƏSİNİN BAŞ MƏSLƏHƏTÇİSİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.
KƏNAN MƏLİKOV
2021 KƏNAN MƏLİKOV
1985-Cİ İLDƏ ANADAN OLUB. BAKI DÖVLƏT UNİVERSİTETİNİN HÜQUQ FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ ALIB. HAZIRDA İQTİSADİYYAT NAZİRLİYİNİN DAXİLİ NƏZARƏT ŞÖBƏSİNİN MÜDİR MÜAVİNİ VƏZİFƏSİNDƏ ÇALIŞIR. 23.06.2021-Cİ İLDƏ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİNİN MÜVAFİQ SƏRƏNCAMI İLƏ “DÖVLƏT QULLUĞUNDA FƏRQLƏNMƏ” MEDALI İLƏ TƏLTİF EDİLMİŞDİR.
PİNAR ƏMİROVA
2021 PİNAR ƏMİROVA
1997-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ ÜMUMİ İQTİSADİYYAT FAKÜLTƏSİNDƏ BAKALAVR VƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA DÖVLƏT VERGİ XİDMƏTİNİN BAKI ŞƏHƏRİ LOKAL GƏLİRLƏR BAŞ İDARƏSİNİN BƏYANNAMƏLƏR İDARƏSİNİN ELEKTRON UYĞUNSUZLUQLARA NƏZARƏT ÜZRƏ 2-CI ŞÖBƏSİNİN BAŞ DÖVLƏT VERGİ MÜFƏTTİŞİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.
ORXAN ŞİXƏMMƏDOV
2021 ORXAN ŞİXƏMMƏDOV
1994-CÜ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASININ MÜHƏNDİS İQTİSADİYYATI VƏ İDARƏETMƏ FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ VƏ UNEC BİZNES MƏKTƏBİNDƏ MENECMENT İXTİSASI ÜZRƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA DÖVLƏT VERGİ XİDMƏTİNİN DAXİLİ AUDİT BAŞ İDARƏSİNİN 1-Cİ DAXİLİ AUDIT ŞÖBƏSİNİN RƏİSİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.
QƏDƏMLİ MUSTAFAYEV
2021 QƏDƏMLİ MUSTAFAYEV
1983-CÜ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN ÜMUMİ İQTİSADİYYAT FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ VƏ EYNİ UNİVERSİTETİN EYNİ FAKÜLTƏSİNDƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA İQTİSADİYYAT NAZİRLİYİNİN APARATININ BEYNƏLXALQ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ ŞÖBƏSİNİN BEYNƏLXALQ MALİYYƏ İNSTITUTLARI İLƏ ƏMƏKDAŞLIQ SEKTORUNDA MƏSLƏHƏTÇİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.
RAMİN İLYASOV
2021 RAMİN İLYASOV
1988-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ İNZİBATİ İDARƏETMƏ İSTİQAMƏTİ ÜZRƏ MALİYYƏ FAKÜLTƏSİNDƏ “VERGİ İŞİNİN TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİ” İXTİSASI ÜZRƏ BAKALAVR TƏHSİLİ VƏ EYNİ UNİVERSİTETDƏ “VERGİ VƏ VERGİQOYMA” İXTİSASI ÜZRƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA DÖVLƏT VERGİ XİDMƏTİNİN VERGİ ÖDƏYİCİLƏRİNƏ XİDMƏT BAŞ İDARƏSİNİN KEYFİYYƏTƏ TƏMİNAT ŞÖBƏSİNDƏ DÖVLƏT VERGİ MÜFƏTTİŞİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.
ŞAHİN KAZIMOV
2021 ŞAHİN KAZIMOV
1991-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN ÜMUMİ İQTİSADİYYAT FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ VƏ EYNİ UNİVERSİTETİN EYNİ FAKÜLTƏSİNDƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA DÖVLƏT VERGİ XİDMƏTİNİN LOKAL GƏLİRLƏR BAŞ İDARƏSİNİN VERGİ AUDİTİ İDARƏSİNİN TİCARƏT SAHƏLƏRİNİN AUDİTİ ÜZRƏ 3-CÜ ŞÖBƏSİNİN DÖVLƏT DÖVLƏT VERGİ MÜFƏTTİŞİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.
ŞİKAR İSMAYILOV
2021 ŞİKAR İSMAYILOV
1983-CÜ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI AKADEMİYASININ MÜHƏNDİS İQTİSADİYYATI VƏ İDARƏETMƏ FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ VƏ EYNİ UNİVERSİTETİN EYNİ FAKÜLTƏSİNDƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA DÖVLƏT VERGİ XİDMƏTİNİN 11 SAYLI ƏRAZİ VERGİLƏR BAŞ İDARƏSİNİN BƏYƏNNAMƏLƏRİN TƏHLİLİ VƏ KAMERAL VERGİ YOXLAMALARI İDARƏSİNİN RƏİSİ VƏZİFƏSİNDƏ ÇALIŞMIŞDIR. (2517040600268400 nömrəli 07.11.2025 ci il tarixli əmrlə sərəncama götürülmüşdür.)
VASİF AĞARZAYEV
2021 VASİF AĞARZAYEV
1995-Cİ İLDƏ ANADAN OLUB. BAKI DÖVLƏT UNİVERSİTETİNİN BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ İQTİSADİYYAT FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ ALIB. AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏCİLİK AKADEMİYASINDA DÖVLƏT VƏ BƏLƏDİYYƏLƏRİN İDARƏEDİLMƏSİ FAKÜLTƏSİNDƏ TƏHSİLİNİ DAVAM ETDİRİR. DÖVLƏT VERGİ XİDMƏTİNİN VERGİ AUDİTİ BAŞ İDARƏSİNİN BAKI ŞƏHƏRİ ÜZRƏ SƏYYAR VERGİ YOXLAMALARINA NƏZARƏT ŞÖBƏSİNDƏ DÖVLƏT VERGİ MÜFƏTTİŞİ VƏZİFƏSİNDƏ ÇALIŞMIŞDIR. (2517140600963600 nömrəli 04.09.2025-ci il tarixli əmrlə azad olunmuşdur.)
VÜSAL BAĞIROV
2021 VÜSAL BAĞIROV
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində sənayenin təşkili və idarə olunmasi ixtisasi üzrə bakalavr və Azərbaycan Texniki universitetində strateji idarəetmə ixtisasi üzrə magistr təhsili alib. İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin sahəvi inkişaf sektorunun müdiri vəzifəsində çalışır.
GÜLƏR ABBASOVA
2021 GÜLƏR ABBASOVA
1998-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN ÜMUMİ İQTİSADİYYAT FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ ALIB. HAZIRDA İQTİSADİYYAT NAZİRLİYİNİN APARATININ BEYNƏLXALQ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ ŞÖBƏSİNİN BEYNƏLXALQ LAYİHƏLƏRİN İDARƏ OLUNMASI SEKTORUNDA MƏSLƏHƏTÇİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.
NİCAT İSAQOV
2021 NİCAT İSAQOV
1987-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN DÖVLƏT VƏ BƏLƏDİYYƏ İDARƏETMƏSİ FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ VƏ QAFQAZ UNİVERSİTETİNİN EYNİ FAKÜLTƏSİNDƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA DÖVLƏT VERGİ XİDMƏTİNİN DÖVLƏT İNSAN RESURSLARI BAŞ İDARƏSİNİN FƏALİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ ŞÖBƏSİNİN RƏİSİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.
SƏRİYYƏ BÜNYATOVA
2021 SƏRİYYƏ BÜNYATOVA
1995-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA HÜQUQ ÜZRƏ BAKALAVR TƏHSİLİ VƏ FRANSANIN LİON KATOLİK UNİVERSİTETİNDƏ BEYNƏLXALQ TİCARƏT VƏ İNVESTİSİYA HÜQUQU ÜZRƏ MAGİSTR TƏHSİLİ ALIB. İQTİSADİYYAT NAZİRLİYİNİN TİCARƏT SİYASƏTİ VƏ ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATI ŞÖBƏSİNİN TİCARƏTİN HÜQUQİ TƏNZİMLƏNMƏSİ SEKTORUNUN MÜDİRİ VƏZİFƏSİNDƏ ÇALIŞMIŞDIR. HAZIRDA SOCAR-DA FƏALİYYƏTƏ BAŞLAYIB.
ÜMİD AĞAZADƏ
2021 ÜMİD AĞAZADƏ
1993-cü ildə anadan olub. Southompton universitetinin maliyyə və mühasibat fakültəsində bakalavr təhsili və pompeo fabra universitetində bank işi və maliyyə fakültəsində magistr təhsili alib. Hazirda iqtisadiyyat Nazirliyin Aparatının Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdir müavini vəzifəsində çalışır.
XAMİS SEYRANOV
2021 XAMİS SEYRANOV
1984-CÜ İLDƏ ANADAN OLUB. BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ HÜQUQŞÜNASLIQ İXTİSASI ÜZRƏ BAKALAVR, DÖVLƏT HÜQUQU İXTİSASI ÜZRƏ MAGİSTR DƏRƏCƏSİ, İSVEÇ KRALLIĞININ MALMÖ UNİVESİTETİNDƏ İNSAN HÜQUQLARI İXTİSASI ÜZRƏ 2-Cİ MAGİSTR DƏRƏCƏSİNİ ALMIŞDIR. HÜQUQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ VARDIR. HAZIRDA ANTİİNHİSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT XİDMƏTİNİN TƏBİİ İNHİSARLARA DÖVLƏT NƏZARƏTİ ŞÖBƏSİNİN MÜDİRİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.