Liderlik potensialının qiymətləndirilməsi (strateji düşünmə, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, nəticələrə yönəlmə, ünsiyyət, komanda ilə
işləmə, effektivliyin idarə edilməsi, liderlik və sosial məsuliyyət) üzrə virtual test imtahanlarına Nazirlik əməkdaşları (sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi və Nazirliyin strukturuna daxil olan və daxil olmayan tabeliyindəki qurumlar üzrə analoji vəzifə tutan əməkdaşlar) cəlb olunacaqlar
Yarımfinal
İştirakçılar virtual otaqlarda simulyasiya xarakterli keyslərin həlli üzərində
komanda şəklində fəaliyyət göstərəcəklər. Bu mərhələdə qiymətləndirilmə
tapşırıqların həllinə yönələn rollar üzrə aparılacaqdır. Belə ki, araşdırma işi,
tədqiqat bacarığı, analitik yanaşma və digər səriştələr əsasında sərgilənən
fəaliyyət qiymətləndiriləcək və yüksək nəticə əldə edən iştirakçılar
final mərhələsinə keçid hüququ qazanacaqlar.
2
3
Final
Müsabiqənin final mərhələsi iki hissədə təşkil olunacaq. Belə ki, birinci hissədə
iştirakçılar müvafiq səriştələrin qiymətləndirilməsinə yönələn keyslər üzrə tapşırıqların
həllinə cəlb olunacaq. Müsabiqənin ikinci hissəsində isə "mentor keysi” təşkil
olunacaqdır. Bu çərçivədə Nazirliyin rəhbər heyətinin mentorlar qismində finala qatılaraq
iştirakçılar ilə Nazirliyin qarşısında duran çağırış xarakterli mövzular üzrə müzakirələr
aparması nəzərdə tutulur. İştirakçılar final mərhələsində mentorların təqdim etdiyi
çağırış xarakterli tapşırıqların həlli yolları, onların həyata keçirilməsi imkanları,
resursların planlaşdırılması, risklər və potensial nəticələr nəzərə alınaraq
qiymətləndiriləcək və qaliblər təyin olunacaqdır.
Uğur Yolu köməkçisi
Süni intellekt ilə
Salam! Mən "Uğur yolu" proqramı üzrə virtual köməkçiyəm. Sualınızı yazın.
AI cavabları səhv ola bilər. Vacib məlumatı rəsmi mənbədən yoxlayın.