Qeydiyyat
Qeydiyyatdan necə keçə bilərəm?
+

 “Uğur yolu” müsabiqəsinin saytının (www.uguryol.az) “Qeydiyyat” bölməsində müvafiq məlumatları əlavə etməklə qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat zamanı aktiv elektron poçt ünvanı və telefon nömrələriniz göstərilən formatda daxil olunmalıdır.

Qeydiyyat zamanı iştirakçıdan 3x4 ölçüdə, aydın çəkilmiş şəkilini yükləmək tələb olunur. Bu, onlayn imtahanlara nəzarət üçün vacibdir.

Nəzərinizə çatdırırıq ki, qeydiyyatdan keçən namizədlərin siyahısı Nazirliyin əməkdaşı olmayan şəxsin müsabiqədə iştirakının məhdudlaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyinin, onun strukturuna daxil olan və tabeliyindəki qurumların İnsan resursları şöbələri tərəfindən ştat cədvəli ilə müqayisə edilərək yoxlanılacaqdır. 

Mən şəxsi elektron ünvanımla qeydiyyatdan keçə bilərəm?
+

Bəli, şəxsi elektron poçt ünvanları ilə də qeydiyyatdan keçmək mümkündür.

2021-ci və 2022-ci ildə keçirilmiş müsabiqənin qalibləri növbəti müsabiqədə iştirak edə bilər?
+

2021-ci və  2022-ci ildə keçirilmiş müsabiqədə qalib olmuş əməkdaşların qeydiyyatdan keçərək seçim mərhələlərində iştirakı mümkün deyil.

Test imtahanları
Test imtahanları mərhələsi hansı formada keçiriləcək?
+

Test imtahanları aşağıdakı mərhələlərdən ibarətdir:

1. Ümumi bilik testi
2. Qabiliyyət testləri
3. Sosial intellekt və liderlik potensialının qiymətləndirilməsi testi


Qabiliyət testləri nədir?
+

Sözügedən test verbal düşüncə, abstrakt düşüncə və ya riyaziyyat kimi müəyyən bir sahədə insanın koqnitiv (idrak) funksiyalarını ölçmək üçün nəzərdə tutulmuşdur. Qabiliyyət testləri adətən işə qəbul prosesində və ya yüksək potensialı olanların qiymətləndirilməsi prosesində istifadə olunur ki, bu da namizədin gələcək vəzifədə göstərə biləcək qabiliyyətini proqnozlaşdırmağa kömək edir. Bir qayda olaraq, bu testlər müxtəlif çətinlik dərəcəli suallardan ibarət olmaqla, həll olunmasında zaman məhdudiyyətinə malikdirlər. Nəticələr sizin intellektual qabiliyyətlərinizin göstəricisi hesab olunur.

Ədədi məlumatlarla işləmək bacarığının yoxlanılması testi riyazi və statistik məlumatları anlamaq, təhlil etmək və tətbiq etmək bacarığını müəyyən edir. Bu növ suallarda faizləri hesablamaq, çatışmayan ədədi, məlumatları müəyyən etmək və digər riyazi məsələləri həll etməyiniz tələb olunur.

Şifahi əsaslandırma sualları yazılı məlumatları anlamaq və tənqidi təhlildən istifadə etmək bacarığını yoxlayır. Bu növ suallarda müəyyən bir mətni oxumaq və mətnə əsasən verilən sualları cavablandırmağınız tələb olunur.

Abstrakt düşüncənin yoxlanılması testi mücərrəd düşüncə qabiliyyətini müəyyən edir. Bu növ suallarda adətən əyani diaqramlardan istifadə edilir və buraxılmış məlumatları müəyyənləşdirmək və ya ardıcıllığı tamamlamaq kimi məsələlər verilir.

Sınaq imtahanı olacaq?
+

Qeydiyyat müddəti bitdikdən sonra hər bir iştirakçı qabiliyyət testləri üzrə sınaq imtahanından keçmək imkanına malik olacaq. Sınaq testi əsas imtahandan qabaq iştirakçının şəxsi hesabında yerləşdiriləcək. Sınaq imtahanının nəticələri namizədlərin əsas imtahan nəticələrinə təsir etmir.

Səhv cavab düz cavabı aparır?
+

Cavablandırılmayan suallar səhv kimi qəbul edilir, səhv cavablar namizədin doğru cavablarının nəticəsinə təsir etmir.

Test imtahanlarında iştirak vaxtını dəyişmək mümküdürmü?
+

Hər hansı səbəbdan imtahanların vaxtını dəyişmək mümkün deyil.

Test imtahanları üçün hansı əsas tələblər var?
+
  1. Test imtahanlarını kompüterdə keçmək tələb olunur. Smartfonlardan (mobil telefonlardan) istifadə etmək mümkün olmayacaq.
  2. İştirakçı yüksək sürətli interneti özü təmin etməlidir.
  3. Diqqətin yalnız test suallarına cəmlənməsi üçün imtahanlara sakit şəraitdə qoşulmaq lazımdır.
  4. Bütün imtahanlarda vaxt məhdudiyyəti mövcuddur.
  5. Kamera mütləqdir
Testlərin cavablarını nə vaxt və necə əldə edə biləcəm?
+

Testlərin nəticələri iştirakçıların şəxsi kabinetinə yerləşdirilir və elektron poçt ünvanlarına göndərilir.

Test imtahanlarında əldə etdiyim nəticələri kimlər əldə edə biləcək?
+

Testlərin nəticələri yalnız məhdud sayda İnsan resursları heyəti tərəfindən təhlil ediləcək və onlayn seçimdən uğurla keçmiş namizədlərin nəticələri seçim prosesinin sonuncu mərhələsində komissiya üzvlərinə təqdim olunacaq.

Test imtahanlarına nəzarət hansı formada aparılacaq?
+

Test imtahanları xüsusi nəzarət altında keçiriləcək. Bu səbəbdən imtahana yalnız veb-kamerası mövcud olan kompüterlərdən qoşulmaq tələb olunur, veb-kamera aktiv olmadığı halda iştirakçı imtahanda iştirak edə bilməyəcək.

Yarımfinal və final mərhələləri
Müsabiqənin yarımfinal və final mərhələsi hansı formada təşkil olunacaq?
+

Yarımfinal və final mərhələsində iştirakçılar işgüzar tapşırıqlar əsasında komanda işi formasında müvafiq səriştələr üzrə qiymətləndiriləcək.

Proqram və yekunu ilə bağlı ümumi suallar
“Uğur yolu” karyera inkişaf proqramının qalibləri üçün hansı tədbirlər nəzərdə tutulur?
+

Müsabiqə qalibləri üçün Nazirliyin rəhbər vəzifəli şəxsləri ilə görüşlər, təlimlər, fərdi kouçinq sessiyaları, mentorluq proqramı, daha yüksək vəzifələr üçün kadr ehtiyatına düşmək imkanı kimi tədbirlər nəzərdə tutulub.

Uğurlu nəticədən sonra digər bir vəzifəyə təyin olunacağam?
+

“Uğur yolu” karyera inkişaf proqramının məqsədi İqtisadiyyat Nazirliyinin davamlı inkişafını təmin etmək üçün əməkdaşların mövcud potensialından səmərəli istifadə, peşəkarlıq səviyyəsinin artırılması, ehtiyat kadrlar bazasının formalaşdırılmasıdır. Qaliblər daha yüksək vəzifələrə təyinat üçün kadr ehtiyatına düşmək imkanı əldə edir. Vakansiya və fürsətlər yarandıqda, müəyyən olunmuş prosesə uyğun olaraq uğur qazanan namizədlərlə əlaqə yaradılacaq.