
2021 ELVİN ƏLİZADƏ
1993-CÜ İLDƏ ANADAN OLUB. DENİZ HARP OKULUNUN İNFORMATİKA VƏ HESABLAMA TEXNİKASI FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ ALIB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ BİZNESİN İDARƏ OLUNMASI İXTİSASI ÜZRƏ MAGİSTR TƏHSİLİNİ DAVAM ETDİRİR. HAZIRDA DÖVLƏT VERGİ XİDMƏTİNİN İQTİSADİ TƏHLİL VƏ UÇOTA NƏZARƏT BAŞ İDARƏSİNİN VERGİ ÖDƏYİCİLƏRİNİN UÇOTU İDARƏSİNİN İNFORMASİYA TƏMİNATI ŞÖBƏSİNİN DÖVLƏT VERGİ MÜFƏTTİŞİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 ŞƏHLA ALLAHVERDİYEVA
1995-Cİ İLDƏ ANADAN OLUB. BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR İXTİSASI ÜZRƏ BAKALAVR, BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ DİPLOMATİYA İXTİSASI ÜZRƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA İQTİSADİYYAT NAZİRLİYİNİN TARİF-QİYMƏT SİYASƏTİ ŞÖBƏSİNİN TƏHLİL VƏ TƏNZİMLƏMƏ SEKTORUNUN APARICI MƏSLƏHƏTÇİSİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 AQŞİN EMİNOV
1992-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİNDƏ SƏNAYENİN TƏŞKİLİ VƏ İDARƏ OLUNMASI İXTİSASI ÜZRƏ BAKALAVR DƏRƏCƏSİ ALMIŞDIR. HAZIRDA ANTİİNHİSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT XİDMƏTİNİN 13 SAYLI REGİONAL BÖLMƏSİNDƏ APARICI MƏSLƏHƏTÇİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 GÜLNAR HÜSEYN
1989-CU İLDƏ ANADAN OLUB. BAKI DÖVLƏT UNİVERSİTETİNİN BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ BEYNƏLXALQ HÜQUQ FAKÜLTƏSİNDƏ BAKALAVR VƏ MAGİSTR TƏHSİLİNİ ALIB. HAZIRDA UNEC BİZNES MƏKTƏBİNDƏ MBA TƏHSİLİ ALIR VƏ SAHİBKARLIĞIN İNKİŞAFI FONDUNDA STRATEJİ TƏHLİL VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR ŞÖBƏSİNİN APARICI MÜTƏXƏSSİSİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 HƏBİB HEYDƏRLİ
1991-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ VƏ EYNİ UNİVERSİTENİN MBA FAKULTƏSİNİN MALİYYƏ İXTİSASI ÜZRƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA DÖVLƏT VERGİ XİDMƏTİNİN BEYNƏLXALQ VERGİTUTMA VƏ VERGİ MONİTORİNQİ BAŞ İDARƏSİNİN BEYNƏLXALQ MƏLUMAT MÜBADİLƏSİ VƏ VERGİ MONİTORİNQİ ŞÖBƏSİNİN BAŞ DÖVLƏT VERGİ MÜFƏTTİŞİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 HÜRİYYƏ MƏMMƏDOVA
1995-Cİ İLDƏ ANADAN OLUB. BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ SOSİAL İŞ İXTİSASI ÜZRƏ BAKALAVR, AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ BİZNESİN İDARƏ EDİLMƏSİ (MBA) ÜZRƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNİN STRATEJİ PLANLAŞDIRMA, İNNOVASİYALAR, TƏHLİL ŞÖBƏSİNDƏ APARICI MƏSLƏHƏTÇİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 HÜSEYN QƏHRƏMANLI
1992-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN İQTİSADİYYAT İXTİSASI ÜZRƏ BAKALAVR TƏHSİLİ ALIB. HAZIRDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ, “DAŞINMAZ ƏMLAKIN DÖVLƏT KADASTRI VƏ REYESTRİ” PUBLİK HÜQUQİ ŞƏXSİNDƏ KADASTR ÜZRƏ MÜTƏXƏSSİS VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 İLAHƏ İBRAHİMLİ
1989-CU İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ İQTİSADİYYATIN HÜQUQİ TƏNZİMLƏNMƏSİ İXTİSASI ÜZRƏ BAKALAVR VƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA İQTİSADİYYAT NAZİRLİYİNİN BEYNƏLXALQ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ ŞÖBƏSİNİN BEYNƏLXALQ DONORLARLA ƏMƏKDAŞLIQ SEKTORUNUN BAŞ MƏSLƏHƏTÇİSİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 KƏNAN MƏLİKOV
1985-Cİ İLDƏ ANADAN OLUB. BAKI DÖVLƏT UNİVERSİTETİNİN HÜQUQ FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ ALIB. HAZIRDA İQTİSADİYYAT NAZİRLİYİNİN DAXİLİ NƏZARƏT ŞÖBƏSİNİN MÜDİR MÜAVİNİ VƏZİFƏSİNDƏ ÇALIŞIR. 23.06.2021-Cİ İLDƏ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİNİN MÜVAFİQ SƏRƏNCAMI İLƏ “DÖVLƏT QULLUĞUNDA FƏRQLƏNMƏ” MEDALI İLƏ TƏLTİF EDİLMİŞDİR.

2021 PİNAR CƏBRAYILOVA
1997-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ ÜMUMİ İQTİSADİYYAT FAKÜLTƏSİNDƏ BAKALAVR VƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA DÖVLƏT VERGİ XİDMƏTİNİN BAKI ŞƏHƏRİ KİÇİK SAHİBKARLIQLA İŞ ÜZRƏ BAŞ İDARƏSİNİN XİDMƏT MƏRKƏZLƏRİ İDARƏSİNİN 1 SAYLI ŞÖBƏSİNİN BÖYÜK DÖVLƏT VERGİ MÜFƏTTİŞİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 ORXAN ŞİXƏMMƏDOV
1994-CÜ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASININ MÜHƏNDİS İQTİSADİYYATI VƏ İDARƏETMƏ FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ VƏ UNEC BİZNES MƏKTƏBİNDƏ MENECMENT İXTİSASI ÜZRƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA DÖVLƏT VERGİ XİDMƏTİNİN SƏNƏDLƏRLƏ İŞ VƏ İCRA İNTİZAMINA NƏZARƏT (KATİBLİK) BAŞ İDARƏSİNİN VƏTƏNDAŞLARIN QƏBULU VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI ŞÖBƏSİNİN BAŞ DÖVLƏT VERGİ MÜFƏTTİŞİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 QƏDƏMLİ MUSTAFAYEV
1983-CÜ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN ÜMUMİ İQTİSADİYYAT FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ VƏ EYNİ UNİVERSİTETİN EYNİ FAKÜLTƏSİNDƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA İQTİSADİYYAT NAZİRLİYİNİN APARATININ BEYNƏLXALQ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ ŞÖBƏSİNİN BEYNƏLXALQ İQTİSADİ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ SEKTORUNDA MƏSLƏHƏTÇİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 RAMİN İLYASOV
1988-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ İNZİBATİ İDARƏETMƏ İSTİQAMƏTİ ÜZRƏ MALİYYƏ FAKÜLTƏSİNDƏ “VERGİ İŞİNİN TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİ” İXTİSASI ÜZRƏ BAKALAVR TƏHSİLİ VƏ EYNİ UNİVERSİTETDƏ “VERGİ VƏ VERGİQOYMA” İXTİSASI ÜZRƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA DÖVLƏT VERGİ XİDMƏTİNİN VERGİ ÖDƏYİCİLƏRİNƏ XİDMƏT BAŞ İDARƏSİNİN KEYFİYYƏTƏ TƏMİNAT ŞÖBƏSİNDƏ DÖVLƏT VERGİ MÜFƏTTİŞİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 ŞAHİN KAZIMOV HƏSƏN
1991-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN ÜMUMİ İQTİSADİYYAT FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ VƏ EYNİ UNİVERSİTETİN EYNİ FAKÜLTƏSİNDƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA DÖVLƏT VERGİ XİDMƏTİNİN İDXAL-İXRAC ƏMƏLİYYATLARI ÜZRƏ NƏZARƏT BAŞ İDARƏSİNİN OPERATİV VERGİ NƏZARƏTİ İDARƏSİNİN OPERATİV VERGİ NƏZARƏTİNİN TƏŞKİLİ VƏ MÜŞAYİƏT ŞÖBƏSİNİN BAŞ DÖVLƏT VERGİ MÜFƏTTİŞİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 ŞİKAR İSMAYILOV
1983-CÜ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI AKADEMİYASININ MÜHƏNDİS İQTİSADİYYATI VƏ İDARƏETMƏ FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ VƏ EYNİ UNİVERSİTETİN EYNİ FAKÜLTƏSİNDƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA DÖVLƏT VERGİ XİDMƏTİNİN 11 SAYLI ƏRAZİ VERGİLƏR BAŞ İDARƏSİNİN BƏYƏNNAMƏLƏRİN TƏHLİLİ VƏ KAMERAL VERGİ YOXLAMALARI İDARƏSİNİN RƏİSİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 VASİF AĞARZAYEV
1995-Cİ İLDƏ ANADAN OLUB. BAKI DÖVLƏT UNİVERSİTETİNİN BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ İQTİSADİYYAT FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ ALIB. AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏCİLİK AKADEMİYASINDA DÖVLƏT VƏ BƏLƏDİYYƏLƏRİN İDARƏEDİLMƏSİ FAKÜLTƏSİNDƏ TƏHSİLİNİ DAVAM ETDİRİR. DÖVLƏT VERGİ XİDMƏTİNİN VERGİ AUDİTİ BAŞ İDARƏSİNİN BAKI ŞƏHƏRİ ÜZRƏ SƏYYAR VERGİ YOXLAMALARINA NƏZARƏT ŞÖBƏSİNDƏ DÖVLƏT VERGİ MÜFƏTTİŞİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 VÜSAL BAĞIROV
1991-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ SƏNAYENİN TƏŞKİLİ VƏ İDARƏ OLUNMASI İXTİSASI ÜZRƏ BAKALAVR VƏ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİNDƏ STRATEJİ İDARƏETMƏ İXTİSASI ÜZRƏ MAGİSTR TƏHSİLİ ALIB. İQTİSADİYYAT NAZİRLİYİNİN SƏNAYE ŞÖBƏSİNİN SAHƏVİ İNKİŞAF SEKTORUNUN MÜDİRİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 GÜLƏR ABBASOVA
1998-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN ÜMUMİ İQTİSADİYYAT FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ ALIB. HAZIRDA İQTİSADİYYAT NAZİRLİYİNİN APARATININ BEYNƏLXALQ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ ŞÖBƏSİNİN BEYNƏLXALQ LAYİHƏLƏRİN İDARƏ OLUNMASI SEKTORUNDA MƏSLƏHƏTÇİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 NİCAT İSAQOV
1987-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN DÖVLƏT VƏ BƏLƏDİYYƏ İDARƏETMƏSİ FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ VƏ QAFQAZ UNİVERSİTETİNİN EYNİ FAKÜLTƏSİNDƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA DÖVLƏT VERGİ XİDMƏTİNİN İNSAN RESURSLARI BAŞ İDARƏSİNİN PERFORMANS İDARƏETMƏ VƏ TƏLİM ŞÖBƏSİNDƏ BAŞ MÜTƏXƏSSİS VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 SƏRİYYƏ BÜNYATOVA
1995-Cİ İLDƏ ANADAN OLUB. AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA HÜQUQ ÜZRƏ BAKALAVR TƏHSİLİ VƏ FRANSANIN LİON KATOLİK UNİVERSİTETİNDƏ BEYNƏLXALQ TİCARƏT VƏ İNVESTİSİYA HÜQUQU ÜZRƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA İQTİSADİYYAT NAZİRLİYİNİN TİCARƏT SİYASƏTİ VƏ ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATI ŞÖBƏSİNİN TİCARƏTİN HÜQUQİ TƏNZİMLƏNMƏSİ SEKTORUNUN MÜDİRİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 ÜMİD AĞAZADƏ
1993-CÜ İLDƏ ANADAN OLUB. SOUTHOMPTON UNİVERSİTETİNİN MALİYYƏ VƏ MÜHASİBAT FAKÜLTƏSİNDƏ BAKALAVR TƏHSİLİ VƏ POMPEO FABRA UNİVERSİTETİNDƏ BANK İŞİ VƏ MALİYYƏ FAKÜLTƏSİNDƏ MAGİSTR TƏHSİLİ ALIB. HAZIRDA İQTİSADİYYAT NAZİRLİYİNİN BEYNƏLXALQ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ ŞÖBƏSİNİN BEYNƏLXALQ MALİYYƏ İNSTİTUTLARI İLƏ ƏMƏKDAŞLIQ SEKTORUNUN MÜDİRİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2021 XAMİS SEYRANOV
1984-CÜ İLDƏ ANADAN OLUB. BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ HÜQUQŞÜNASLIQ İXTİSASI ÜZRƏ BAKALAVR, DÖVLƏT HÜQUQU İXTİSASI ÜZRƏ MAGİSTR DƏRƏCƏSİ, İSVEÇ KRALLIĞININ MALMÖ UNİVESİTETİNDƏ İNSAN HÜQUQLARI İXTİSASI ÜZRƏ 2-Cİ MAGİSTR DƏRƏCƏSİNİ ALMIŞDIR. HÜQUQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ VARDIR. HAZIRDA ANTİİNHİSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT XİDMƏTİNİN TƏBİİ İNHİSARLARA DÖVLƏT NƏZARƏTİ ŞÖBƏSİNİN MÜDİRİ VƏZİFƏSİNDƏ ÇALIŞIR.

2022 GÜLNAR ATAKİŞİYEVA
2017-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində bakalavr dərəcəsi, 2019-cu ildə isə Böyük Britaniyanın Exeter Universitetində Beynəlxalq kommersiya hüququ ixtisası üzrə magistr dərəcəsi alıb. 2021-ci ildə Riqa Hüquq Məktəbi və Avropa Dövlət İdarəçilik İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Avropa hüququ və iqtisadiyyatı üzrə intensiv idarəçilik proqramında təhsil alıb. Hazırda İqtisadiyyat Nazirliyində çalışmaqla yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyət göstərir.

2022 ƏMRAH QARAYEV
2017-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində bakalavr dərəcəsi, 2019-cu ildə isə Böyük Britaniyanın Exeter Universitetində Beynəlxalq kommersiya hüququ ixtisası üzrə magistr dərəcəsi alıb. 2021-ci ildə Riqa Hüquq Məktəbi və Avropa Dövlət İdarəçilik İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Avropa hüququ və iqtisadiyyatı üzrə intensiv idarəçilik proqramında təhsil alıb. Hazırda İqtisadiyyat Nazirliyində çalışmaqla yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyət göstərir.

2022 ORXAN ƏLİCAN-ZADƏ
Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda Massaçusets Texnologiya İnstitutunun (MIT) “Data, iqtisadiyyat və inkişaf siyasəti” mikromaster proqramı üzrə təhsil alır. 2013-2019-cu illərdə özəl sektorda hüquqşünas işləmiş O.Əlican-zadə üç ildən çoxdur ki, vergi orqanlarında çalışır.

2022 TELMAN MƏMMƏDOV
2004-cü ildə yüksək bal toplayaraq ali məktəbə daxil olan və Prezident təqaüdünə layiq görülən T.Məmmədov bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə alıb. Artıq 12 ildən artıqdır ki, vergi orqanlarında çalışır. Bu müddətin 4 ildən artıq bir dövründə rəhbər vəzifələrdə işləyib.

2022 CƏMİLƏ MUSTAFAZADƏ
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin Qeydiyyat şöbəsinin hüquqşünası. Orta təhsilini 2013-cü ildə bitirmiş C.Mustafazadə həmin il Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 2017-ci ildə SABAH qruplarından məzun olduqdan sonra həmin universitetdə İnsan hüquqları ixtisası üzrə magistr təhsili alıb. Artıq 1 ilə yaxındır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışır.

2022 KAMAL BAYRAMOV
bakalavr təhsilini Bakı Dövlət Universitetində Turizm və mədəni sosial servis ixtisası üzrə alıb. Hərbi xidməti basa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə (MBA proqramı) magistr təhsilinə yiyələnib. Əmək fəaliyyətinə 2013-cü ildən başlayıb, 2019-cu ilin iyun ayından isə Dövlət Vergi Xidmətində çalışır.

2022 ADİL RƏFİLİ
2010-cu ildə 695 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Menecment ixtisasına daxil olub. Bakalavriat səviyyəsi üzrə təhsil aldığı 2010-2014-cü illər ərzində Prezident təqaüdçüsü olub. Magistr təhsilini “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İngiltərənin Birmingem Universitetində Maliyyə menecmenti ixtisası üzrə alıb. Hazırda İqtisadiyyat Nazirliyində çalışmaqla yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes Məktəbində Korporativ maliyyə fənnini tədris edir.

2022 HACƏSGƏR ƏSGƏRLİ
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Xidmət Mərkəzləri İdarəsinin 4 saylı şöbəsinin baş dövlət vergi müfəttişi

2022 CEYHUN MƏHƏRRƏMLİ
ADA Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavriat səviyyəsini və Fransanın İESEG Menecmentlik Məktəbinin mübadilə proqramını bitirib. 2021-ci ildən ACCA-nın (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) üzvüdür. Həmin ilin dekabr ayından İqtisadiyyat Nazirliyində çalışmağa başlayıb.

2022 GÜLNAR İSAYEVA
Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupu - Maliyyə fakültəsində bakalavr və həmin universitetin Biznesin idarəedilməsi (MBA) fakültəsində magistr təhsili alıb. Müsahibimiz 9 ildir ki, vergi orqanlarında çalışır.

2022 CƏFƏR YAQUBOV
Azərbaycan Dövlət İqtisad Universitetinin İnzibati idarəetmə fakültəsində Gömrük işinin təşkili ixtisası üzrə həm bakalavr, həm də magistr təhsil pillələrini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildən əmək fəaliyyətinə başlayan qalibimiz 2014-cü ildən Dövlət Vergi Xidmətində çalışır.

2022 FAİQ RƏCƏBƏLİYEV
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib. Hazırda həmin universitetdə Biznes və data analitikası ixtisası üzrə magistr təhsili alır.

2022 MİRZƏ ƏLƏKBƏR BABAYEV
Bakı Dövlət Unversitetində Beynəlxalq münasibətlər ixtisası (ingilis dilində) üzrə bakalavr təhsili alıb. BDU-nu qırmızı diplomla bitirdikdən sonra “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Bristol Universitetində Strateji idarəetmə ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. O, akademik təhsilini yüksək nəticə ilə yekunlaşdırdıqdan sonra pandemiya dövründə yaranmış onlayn təhsil fürsətindən istifadə edərək, Harvard Universitetinin İdarəetmə ixtisası üzrə peşəkar təhsil proqramını fəxri dərəcə ilə bitirib.

2022 ELÇİN NƏBİYEV
Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinin 2010-cu ildə bakalavr, 2014-cü ildə magistr pilləsini bitirib. 10 ilə yaxındır ki, vergi orqanlarında xidmət edir.

2022 İSMAİL HÜSEYNOV
2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisasını bakalavr pilləsi üzrə, 2016-cı ildə Qafqaz Universitetinin Maliyyə menecmenti ixtisasını magistratura pilləsi üzrə bitirib. Elə həmin ildən Sahibkarlıgın İnkisafı Fondunda əmək fəaliyyətinə başlayıb.