İştirakçılar virtual otaqlarda simulyasiya xarakterli keyslərin həlli üzərində
komanda şəklində fəaliyyət göstərəcəklər. Bu mərhələdə qiymətləndirilmə
tapşırıqların həllinə yönələn rollar üzrə aparılacaqdır. Belə ki, araşdırma işi,
tədqiqat bacarığı, analitik yanaşma və digər səriştələr əsasında sərgilənən
fəaliyyət qiymətləndiriləcək və yüksək nəticə əldə edən iştirakçılar
final mərhələsinə keçid hüququ qazanacaqlar.