2022-ci ildə növbəti “Uğur yolu”
karyera inkişafı proqramının keçirilmə qaydaları
1. Ümumi müddəalar
2. Proqramın məqsədi, vəzifələri və prinsipləri
3. Proqramda iştirak hüququ
4.3. Proqramda iştirak etmək hüququna malik olan şəxslər iştirak etmək üçün Proqramın saytında Şəxsi kabinet yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla aşağıdakı şərtlərlə qeydiyyatdan keçirlər:
4.4. Qeydiyyat mərhələsini uğurla başa vuran bütün namizədlərə müxtəlif sorğu və testlər təklif edilir. Bu, iştirakçıların öz bilik və bacarıqları barədə məlumat əld ə etmələri üçün təqdim olunur. Belə ki, bu nəticələr qiymətləndirilmir və digər mərhələyə keçid üçün nəzərə alınmır.
4.5. Test imtahanları mərhələsi Proqramın saytında onlayn rejimdə keçirilir. Həmin mərhələdə iştirakçılara qabiliyyət testləri (rəqəmsal, verbal, abstrakt-məntiqi təfəkkür analizi), sosial intellekt və liderlik potensialının qiymətləndirilməsi ilə bağlı testlər təqdim olunur.
4.6. Yarımfinal mərhələsində iştirakçıların müvafiq səriştələr üzrə yoxlanması müxtəlif işgüzar tapşırıqlar əsasında komanda işi formasında onlayn təşkil olunur. Bu mərhələdə tapşırıqların yerinə yetirilməsi üçün iştirakçılar qruplara bölünürlər. Qruplarda tapşırıqların icrasına nəzarət və iştirakçıların qiymətləndirilməsi Ekspertlərə həvalə olunur.
4.7 Final mərhələsində iştirakçılar təqdim olunmuş mövzu üzrə fərdi təqdimat və müsahibə əsasında qiymətləndirilir.
5. Proqramın şərtləri
6. İştirakçıların qiymətləndirilməsi
7. Proqramda iştiraka dair məlumatların məxfiliyi
7.1. İştirakçıların cavabları məxfi saxlanılır və komissiya üzvləri, katiblik nümayəndələri tərəfindən nəzərdən keçirilə bilər. Qiymətləndirmənin nəticələri iştirakçının şəxsi kabinetində yerləşdirilir və qeydiyyatdan keçdiyi elektron ünvana göndərilir.
7.2. İştirakçı tapşırıqların və onların həllinə dair materialların foto və video çəkilişini həyata keçirməməli, eləcə də həmin materialların surətini hər hansı başqa formada çıxarmamalıdır. Verilmiş tapşırıqlarının foto və video görüntülərinin internetdə, sosial şəbəkələrdə və ictimaiyyətə açıq digər mənbələrdə yayılmasına, habelə həmin görüntülərin üçüncü şəxslərə göndərilməsi və ya üçüncü şəxslərlə həmin materiallar barəsində hər hansı məlumat mübadiləsinin aparılmasına yol verilmir.
8. İştirakçıların Proqramdan çıxması və ya kənarlaşdırılması
9. Proqramın qalibləri ilə iş
10. Müraciətlərə baxılması
10.1. Müraciətlər Proqramın rəsmi saytında “Bizimlə əlaqə” bölməsində yerləşdirilən əlaqə vasitələri ilə qəbul edilir və cavablandırılır (uguryol.az).
11. Komissiya
12. Katiblik
13. Yekun müddəalar
1.1. Bu Qaydalar İqtisadiyyat nazirinin 01.03.2022-ci il tarixli F-31 nömrəli əmri ilə təsdiqlənmiş “İqtisadiyyat Nazirliyində insan resurslarının 2022-2024-cü illər üzrə inkişaf Strategiyası”nın 2022-cı il üzrə icrasına dair Tədbirlər Planında keçirilməsi nəzərdə tutulmuş və iqtisadiyyat nazirinin 08 aprel 2022-ci il tarixli, F-54 nömrəli əmrinə əsasən təşkil edilən “Uğur yolu” karyera inkişafı proqramının (bundan sonra “Proqram”) məqsədləri, vəzifələri, iştirakçıların seçimi və Proqramın keçirilmə qaydalarını müəyyən edir.
1.2. Proqramın rəsmi dili Azərbaycan dilidir.
1.3. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. Komissiya – Proqramın keçirilməsi Qaydalarını müəyyən edən, seçimin bu Qaydalara uyğun, obyektiv və qərəzsiz aparılmasına nəzarət edən, Proqramın nüfuzunun qorunmasını təmin edən və Proqrama strateji rəhbərliyi həyata keçirən kollegial nəzarət orqanı;
1.3.2. Katiblik – Proqramın idarə olunması və icra olunması ilə bağlı səlahiyyətləri həyata keçirən struktur bölmə.;
1.3.3 Ekspert – Komissiya tərəfindən müstəqil olaraq seçilən, Proqramın seçim mərhələlərini, metodlarını müəyyən edən, mərhələlər üzrə texniki dəstəyi təmin edən, Proqram çərçivəsində iştirakçıların qiymətləndirilməsini həyata keçirən, inkişaf proqramını təşkil edən mütəxəssis;
1.3.4. Qaydalar – Proqramın keçirilməsi haqqında qaydaları əks etdirən cari sənəd;
1.3.5. Proqramın saytı – Proqramın internet saytı olan www.uguryol.az saytı;
1.3.6. Şəxsi kabinet – Proqramın saytında hər bir iştirakçıya aid məlumatların toplandığı və “Uğur yolu” müsabiqəsi ilə iştirakçı arasında interfeys rolunu oynayan virtual məkan.
2. Proqramın məqsədi, vəzifələri və prinsipləri
2.1. Proqramın məqsədi İqtisadiyyat Nazirliyində yüksək potensiallı ehtiyat kadrlar bazasının formalaşdırılmasında, yeni nəsil idarəçilərin hazırlanmasında mövcud potensialdan səmərəli istifadə, kadrların düzgün seçilməsi, peşəkarlıq səviyyəsinin artırılması, hərtərəfli inkişafı üçün şəraitin yaradılması (təlim, kouçinq və mentorluq proqramları), eləcə də idarəetmə sahəsində təcrübə mübadiləsinin təşkilidir.
2.2. Proqramın vəzifələri aşağıdakılardır:

2.2.1. Proqram iştirakçılarının fərdi keyfiyyətlərinin və bacarıqlarının müəyyən edilməsinə imkan verən müxtəlif metodlardan istifadə etməklə onların çoxpilləli kompleks qiymətləndirilməsini həyata keçirmək;
2.2.2. İştirakçıların idarəetmə sahəsində bacarıqlarını inkişaf etdirmək;
2.2.3. İştirakçılar arasında təcrübə mübadiləsi üçün platforma rolunu oynamaqla, onların inkişafına və ən yaxşı təcrübələrin yayılmasına nail olmaq.
2.3. Proqramın obyektivlik, şəffaflıq, bərabər imkanlar və maraqların toqquşmasının yolverilməzliyi prinsipləri əsasında keçirilir.
3. Proqramda iştirak hüququ
Aşağıdakı tələblərin hər birinə cavab verən şəxslər Proqramda iştirak etmək hüququna malikdirlər :
4. Proqramın mərhələləri
- İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları (həmçinin müqavilə əsasında işləyən və büdcədənkənar vəsait hesabına saxlanılan müfəttiş və mütəxəssislər) olması;
- ali təhsilli olması.
- Qeydiyyat;
- Test imtahanları;
- Yarımfinal;
- Final.
4.3. Proqramda iştirak etmək hüququna malik olan şəxslər iştirak etmək üçün Proqramın saytında Şəxsi kabinet yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla aşağıdakı şərtlərlə qeydiyyatdan keçirlər:
4.3.1 qeydiyyat mərhələsində namizəd Proqramda iştirak şərtləri və qaydaları ilə tanış olduğunu və razı olduğunu bəyan edir, eləcə də fərdi məlumatlarının işlənilməsi, toplanılması və saxlanmasına dair razılığını bildirir;
4.3.2 namizəd qeydiyyat formasına daxil etdiyi məlumatların düzgün və dəqiq olmasını təmin edir (Katibliyin namizədlərin qeydiyyat formasında göstərdiyi məlumatları dəqiqləşdirmək hüququ var);
4.3.3 hər bir namizəd Proqramda yalnız bir dəfə qeydiyyatdan keçə bilər.
4.3.2 namizəd qeydiyyat formasına daxil etdiyi məlumatların düzgün və dəqiq olmasını təmin edir (Katibliyin namizədlərin qeydiyyat formasında göstərdiyi məlumatları dəqiqləşdirmək hüququ var);
4.3.3 hər bir namizəd Proqramda yalnız bir dəfə qeydiyyatdan keçə bilər.
4.4. Qeydiyyat mərhələsini uğurla başa vuran bütün namizədlərə müxtəlif sorğu və testlər təklif edilir. Bu, iştirakçıların öz bilik və bacarıqları barədə məlumat əld ə etmələri üçün təqdim olunur. Belə ki, bu nəticələr qiymətləndirilmir və digər mərhələyə keçid üçün nəzərə alınmır.
4.5. Test imtahanları mərhələsi Proqramın saytında onlayn rejimdə keçirilir. Həmin mərhələdə iştirakçılara qabiliyyət testləri (rəqəmsal, verbal, abstrakt-məntiqi təfəkkür analizi), sosial intellekt və liderlik potensialının qiymətləndirilməsi ilə bağlı testlər təqdim olunur.
4.6. Yarımfinal mərhələsində iştirakçıların müvafiq səriştələr üzrə yoxlanması müxtəlif işgüzar tapşırıqlar əsasında komanda işi formasında onlayn təşkil olunur. Bu mərhələdə tapşırıqların yerinə yetirilməsi üçün iştirakçılar qruplara bölünürlər. Qruplarda tapşırıqların icrasına nəzarət və iştirakçıların qiymətləndirilməsi Ekspertlərə həvalə olunur.
4.7 Final mərhələsində iştirakçılar təqdim olunmuş mövzu üzrə fərdi təqdimat və müsahibə əsasında qiymətləndirilir.
5. Proqramın şərtləri
5.1. Test imtahanları mərhələsi zamanı iştirakçılar fərdi qaydada suallara cavab verirlər.
5.2. Proqramın bütün mərhələləri xüsusi təşkil olunan tədbirlər formatında (onlayn və əyani) keçirilir.
5.3. İştirakçı Proqramın şərtlərinə uyğun bütün tədbirlərdə iştirak etməlidir. Tədbirlərə gəlməyən, gecikən və ya tədbiri vaxtından əvvəl tərk edən şəxslər Proqramdan kənarlaşdırılır. Final məhələsində iştirak etmək üçün iştirakçılar daha öncədən təyin olunan ünvana gələrək, əyani şəkildə iştirak edirlər.
5.4. Yarımfinal və final mərhələsi çərçivəsində keçirilən tədbirlərdə iştirakçıların səriştə və bacarıqları fərdi və qrup tapşırıqlarının köməyi ilə qiymətləndirilir və onlara müvafiq reytinq balları verilir. İştirakçılara eyni sayda və çətinlik dərəcəsində tapşırıqlar təklif olunur və onlara tapşırıqların həlli üçün bərabər imkanlar yaradılır.
5.5. Proqramın onlayn mərhələlərində verilən tapşırıqların həll edilməsi prosesində telefon, planşet və digər qurğulardan istifadə etmək qadağandır.
5.6. Proqramın onlayn mərhələlərini yalnız veb-kamera və mikrofon ilə təmin olunmuş kompüter vasitəsilə keçmək tələb olunur. İmtahanlarda iştirak üçün yüksək sürətli internet və uyğun şərait zəruridir.
5.7. Obyektivlik və şəffaflığın təmin edilməsi məqsədilə test imtahanları veb-kamera və mikrofon vasitəsilə nəzarət altında keçirilir. Bunun üçün iştirakçılar öncədən təqdim olunan nəzarət proqramını kompüterlərinə yükləməlidir.

6.1. Proqram iştirakçıları onlara verilən tapşırıqların yerinə yetirilməsi zamanı nümayiş etdirdikləri intellektual biliklər və müvafiq səriştə modelinə uyğun olaraq qiymətləndirilir.
6.2. İştirakçılara Proqramın gedişində müxtəlif tapşırıqlar verilir (testlər, komanda işi, işgüzar tapşırıqlar və s.) və onların bacarıqlarının kompleks qiymətləndirilməsi həyata keçirilir.
6.3. Tapşırıqların həllinin nəticələrinə müvafiq olaraq iştirakçılar ballar qazanırlar. Bu ballar toplanaraq onların fərdi reytinq balını təşkil edir.
6.4. Proqramın hər bir mərhələsinin nəticələrinə görə daha yüksək reytinq balına malik iştirakçılar, növbəti mərhələdə iştirak etmək hüququ əldə edirlər. Proqramın hər bir mərhələsində nəticələrin hesablanması ayrıca aparılır və iştirakçıların əvvəlki mərhələdə topladıqları ballar nəzərə alınmır.
6.2. İştirakçılara Proqramın gedişində müxtəlif tapşırıqlar verilir (testlər, komanda işi, işgüzar tapşırıqlar və s.) və onların bacarıqlarının kompleks qiymətləndirilməsi həyata keçirilir.
6.3. Tapşırıqların həllinin nəticələrinə müvafiq olaraq iştirakçılar ballar qazanırlar. Bu ballar toplanaraq onların fərdi reytinq balını təşkil edir.
6.4. Proqramın hər bir mərhələsinin nəticələrinə görə daha yüksək reytinq balına malik iştirakçılar, növbəti mərhələdə iştirak etmək hüququ əldə edirlər. Proqramın hər bir mərhələsində nəticələrin hesablanması ayrıca aparılır və iştirakçıların əvvəlki mərhələdə topladıqları ballar nəzərə alınmır.
7. Proqramda iştiraka dair məlumatların məxfiliyi
7.1. İştirakçıların cavabları məxfi saxlanılır və komissiya üzvləri, katiblik nümayəndələri tərəfindən nəzərdən keçirilə bilər. Qiymətləndirmənin nəticələri iştirakçının şəxsi kabinetində yerləşdirilir və qeydiyyatdan keçdiyi elektron ünvana göndərilir.
7.2. İştirakçı tapşırıqların və onların həllinə dair materialların foto və video çəkilişini həyata keçirməməli, eləcə də həmin materialların surətini hər hansı başqa formada çıxarmamalıdır. Verilmiş tapşırıqlarının foto və video görüntülərinin internetdə, sosial şəbəkələrdə və ictimaiyyətə açıq digər mənbələrdə yayılmasına, habelə həmin görüntülərin üçüncü şəxslərə göndərilməsi və ya üçüncü şəxslərlə həmin materiallar barəsində hər hansı məlumat mübadiləsinin aparılmasına yol verilmir.
8. İştirakçıların Proqramdan çıxması və ya kənarlaşdırılması
8.1. İştirakçı öz xahişi ilə Proqramdan çıxmaq barədə Katibliyə yazılı ərizə təqdim etməklə iştirakına xitam verə bilər.
8.2. Aşağıdakı hallarda iştirakçı Proqramdan kənarlaşdırıla bilər:

8.2.1. İştirakçı barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən cəza təyin edilməsi;
8.2.2 Keçirilən tədbirlərə gecikmə və ya tədbirlərdə iştirak etməmə (iştirakçının gecikməsinin və ya iştirak etməməsinin onun iradəsindən asılı olmayan hala görə baş verdiyini təsdiq 8.2.3. İstənilən növ tapşırıqları keçməkdən imtina və ya həmin test zamanı köməkdən istifadə etmə cəhdi;
8.2.4. Verilmiş tapşırıqların və onların həllinə dair materialların foto və video çəkilişinin həyata keçirilməsi, habelə verilmiş tapşırıqlara aid şəkil və video materialların internetdə sosial şəbəkələrdə və ya digər açıq mənbələrdə yerləşdirilməsi;
8.2.5. Verilmiş tapşırıqlar və ya onların həllinə dair məlumatların kütləvi informasiya vasitələrinin nümayəndələrinə ötürülməsi;
8.2.6. İştirakçı tərəfindən Proqram və ya onun iştirakçılarını nüfuzdan salan, həqiqətə uyğun olmayan məlumatların dərc olunması;
8.2.7. Proqramın Ekspertlərinə və digər aidiyyəti şəxslərə hədiyyə və ya mükafatların təklif olunması;
8.2.8. Bu Qaydalarda nəzərdə tutulmuş digər hallar.

9.1. Proqramın qalib iştirakçılarına sertifikatlar təqdim olunur, onlar bilik və bacarıqların artırılması üçün inkişaf proqramına cəlb edilir.
9.2. Proqramın qalib iştirakçıları üçün inkişaf proqramı üzrə aşağıdakı tədbirlər təşkil edilir:
9.2.1. Təlimlərdə iştirak;
9.2.2. Fərdi kouçinq;

9.2.3. Mentorluq proqramı.
9.3. Proqramın yarımfinal mərhələsinə keçən bütün iştirakçılara sertifikatlar təqdim olunur.
10. Müraciətlərə baxılması
10.1. Müraciətlər Proqramın rəsmi saytında “Bizimlə əlaqə” bölməsində yerləşdirilən əlaqə vasitələri ilə qəbul edilir və cavablandırılır (uguryol.az).
11. Komissiya
11.1. Proqramın keçirilməsinə ümumi rəhbərlik və nəzarət Komissiya tərəfindən həyata keçirilir.
11.2. Komissiya öz fəaliyyətini aşkarlıq və şəffaflıq prinsipləri əsasında həyata keçirir və qərar qəbul etməkdə müstəqildir.
11.3. Komissiya, onun sədri də daxil olmaqla, on bir üzvdən ibarətdir. Komissiyanın üzvləri iqtisadiyyat naziri tərəfindən müəyyən olunur.
11.4. Komissiya:
11.6. Komissiya sədri Komissiyanın işini təşkil edir, iclaslar çağırır və iclaslara sədrlik edir. Komissiyanın iclasları üzvlərin 2/3-si iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın iclasında qərarlar, hər üzv bir səsə malik olmaqla, açıq səsvermə yolu və sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.

11.4.1 Proqramın keçirilməsi Qaydalarını müəyyən edir, Komissiyanın sədrinin və üzvlərinin təkliflərinə əsasən Qaydalara əlavə və dəyişikliklər edir;
11.4.2 Proqrama start verir və nəticələrə əsasən qalibləri müəyyən edir.
11.5. Nəticələr haqqında məlumatlar hər mərhələnin sonunda Katiblik tərəfindən Komissiyanın sədrinə təqdim olunur.
11.4.2 Proqrama start verir və nəticələrə əsasən qalibləri müəyyən edir.
11.6. Komissiya sədri Komissiyanın işini təşkil edir, iclaslar çağırır və iclaslara sədrlik edir. Komissiyanın iclasları üzvlərin 2/3-si iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın iclasında qərarlar, hər üzv bir səsə malik olmaqla, açıq səsvermə yolu və sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
12. Katiblik
12.1. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Katiblik funksiyasının həyata keçirilməsi Nazirliyin İnsan resursları şöbəsinə həvalə edilir.
12.2. Katibliyin vəzifələri aşağıdakılardır:

12.2.1. Proqramın keçirilmə cədvəlini, qiymətləndirmə metodlarını, eləcə də onun keçirilməsi üçün digər normativ sənədləri hazırlayır;
12.2.2. Proqramın bütün mərhələlərini təşkil edir;
12.2.3. Proqram ilə əlaqədar təbliğat və maarifləndirici tədbirlər həyata keçirir, digər təşkilati məsələləri həll edir.
12.3. Katibliyin fəaliyyətinə rəhbərliyi Nazirliyin İnsan resursları şöbəsinin müdir müavini həyata keçirir. Katibliyin rəhbərinin səlahiyyətləri aşağıdakılardır:
12.2.2. Proqramın bütün mərhələlərini təşkil edir;
12.2.3. Proqram ilə əlaqədar təbliğat və maarifləndirici tədbirlər həyata keçirir, digər təşkilati məsələləri həll edir.
12.3.1 Katibliyin fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və təmsil edir;
12.3.2. Proqramın məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;
12.3.3. Katibliyin fəaliyyətinə dair daxili qaydaları, xərclər smetasını təsdiq edir və vəsaitin səmərəli istifadə olunmasını təmin edir;
12.3.4. Katibliyin işinin təşkili ilə əlaqədar icrası məcburi olan tapşırıqlar verir, Katibliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
12.3.5. Katibliyin əməkdaşlarının barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə iqtisadiyyat nazirinə təqdimat verir;
12.3.6. qalib gələn iştirakçılar üçün fərdi inkişaf planlarının hazırlanması və həmin planların icrasına nəzarət edir;
12.3.7. bqalib gələn iştirakçılara müvafiq təcrübə və mentorluq proqramları təşkil edir.;

13.1. Komissiya anlaşılmazlıqlar və mübahisəli məsələlər yarandığı halda Qaydaları şərh etmək hüququna malikdir.
13.2. Proqramda iştirak şərtləri və qaydaları barədə əlavə məlumatlar, eləcə də mövcud qaydalara edilən əlavə və dəyişikliklər Proqramın saytında dərc olunur. Qaydalar, eləcə də onlara edilən hər hansı əlavə və dəyişikliklər iştirakçılar tərəfindən mübahisəsiz qəbul edilir.